Ermənilərin silah yüklənmiş maşınları məhv edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin silah yüklənmiş maşınları məhv edildi - Video

Hadisə

01 Noyabr 2020 12:52 2384


İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb.

Müdafiə Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.

Oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib. pizza

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!