Ermənilərin Şuşa yaxınlığında mülki helikopteri vurmasından 28 il ötür

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin Şuşa yaxınlığında mülki helikopteri vurmasından 28 il ötür

Hadisə

27 Yanvar 2020 21:21 1597


Şuşa şəhəri yaxınlığında vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 28 il ötür.

"Yeni Sabah" xəbər verir ki, 1992-ci il yanvarın 28-də Ağdamdan uçan Mi-8 tipli mülki vertolyot Şuşa rayonunun Xəlfəli kəndi üzərində vurulub.

Erməni silahlı birləşmələrinin Xankəndi istiqamətindən açdığı atəş nəticəsində vurulan vertolyotda 41 sərnişin və 3 ekipaj üzvü olub. Sezar pizza

Əksəriyyəti qadın və uşaqlar olan sərnişinlər və ekipaj üzvləri - 44 nəfərin hamısı həlak olub.

Həmin kütləvi qətliamdan 28 il keçməsinə baxmayaraq, bu qanlı cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!