Ermənilərin törətdiyi qətlə görə Sent-Etyen şəhərində nümayiş keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin törətdiyi qətlə görə Sent-Etyen şəhərində nümayiş keçirildi

Hadisə

08 İyun 2021 21:55 890


Fransanın Sent-Etyen şəhərində 3 erməninin törətdiyi qətl hadisəsinə etiraz nümayişi keçirilib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, xislətlərini gizlədə bilməyən 28, 32 və 63 yaşlı 3 erməni 26 yaşlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisə yerli sakinlərin gözü qarşısında baş verib.

Ətrafdakı sakinlərin telefon vasitəsi ilə çəkib, sosial şəbəkələrdə paylaşdıqları videodan ermənilərin qəddarlığı aydın görünür. Videodan məlum olur ki, ermənilər bıçaqla yaralayaraq yerə yıxdıqları qambiyalı gənci sonradan təpikləyiblər. pizza

Bildirilir ki, hadisə irqçilik zəminində baş verib. Bu gün afrikalılar ermənilərin törətdikləri qətl hadisəsinə etiraz nümayişi edərək, qətlə yetirilmiş qambiyalı Yusuf üçün ədalət tələb ediblər. Nümayişə Sent-Etyen şəhər merinin də qatıldığı qeyd edilir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!