Ermənilərin Xankəndindən qovduğu ruslar da geri qayıdacaq 

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin Xankəndindən qovduğu ruslar da geri qayıdacaq 

Maraqlı

26 Noyabr 2020 15:51 1316


Ermənistanın  Xankəndini işğal etməsi nəticəsində oradan yalnız azərbaycanlılar deyil, ruslar və digər millətlərin nümayəndələri də məcburi köçkün edilmişdi.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı modern.az saytına danışan Milli Məclisin deputatı, Azərbaycan-Rus icmasının rəhbəri Mixael Zabelin bildirib ki, gələcəkdə əvvəlki kimi Xankəndində ruslar da yaşaya bilər. Bununla bağlı heç bir problem yoxdur.

Deputat qeyd edib ki, amma bu, məcburi xarakter daşımayacaq: Sezar pizza

“Kim istəsə, gedib əvvəl yaşadığı Xankəndində yaşayacaq. Bu məcburi yox, könüllülük prinsipi əsasında mümkün olacaq. Hər kəsin öz evinə dönmək hüququ var. Bunu onlardan kimsə ala bilməz”.

Mixael Zabelin Xankəndinə rusların yerləşdirilməsi ilə bağlı xüsusi müraciət hazırlamağa gərək olmadığını da qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!