Ermənilərin Xocavənddə törətdiyi vandallıq -   FAKTLAR

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin Xocavənddə törətdiyi vandallıq - FAKTLAR

Hadisə

28 Aprel 2021 10:05 598


İşğal dövrünədək Xocavənd rayonunda meşə fondunun ümumi sahəsi 22428 hektar təşkil edib və bunun 20403 hektarı meşə ilə örtülü olub.

Yenisabah.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib.

O söyləyib ki, peyk təsvirlərinə əsasən işğal dövründə 3537,4 hektar meşə sahəsinin məhv edildiyi müəyyən edilib. pizza sifarişi

V.Kərimov deyib ki, işğala qədərki dövürdə rayon ərazisində təbiət abidəsi statusuna malik 12 ədəd qədim ağac (7 ədəd şərq çinarı, 5 ədəd azatağacı), 2 ədəd geoloji və paleontoloji abidə (Azıx və Tağlar mağaraları və xüsusi qiymətli Azatağacı meşə sahəsi olub:

"Hadrut qəsəbəsinin 15 kilometrliyində yerləşən Azıx geoloji paleontoloji abidəsi 1960-cı ildə kəşf edilib və 1982-ci ildə təbiət abidəsi kimi qeydə alınıb". (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!