Ermənilərin “yalan maşın“ı ABŞ-dan İrəvana qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin “yalan maşın“ı ABŞ-dan İrəvana qayıtdı

Rəsmi

22 Mart 2021 14:15 829


Ermənistan Müdafiə Nazirliyinin sabiq rəsmisi, II Qarabağ müharibəsi zamanı öz yalanları ilə xeyli məşhurlaşan Artsrun Ovannisyan səhhətində yaranan problemlər səbəbilə mühacirətdə olduğu ABŞ-dan İrəvana qayıdıb.

Yenisabah.az Modern.az-a istinadla xəbər verir ki, A.Ovannisyan 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibədən sonra səhhətində ciddi problemlər yarandığını iddia edərək, ABŞ-a getmişdi.

Məlumata görə, Artsrun Ohannisyan əməliyyat olunmalıdır, bu əməliyyat Ermənistanda aparılacaq. Onun hansı xəstəliklə bağlı əməliyyat olunacağı açıqlanmır. Sezar pizza

Qeyd edək ki, A.Ovannisyan II Qarabağ müharibəsi zamanı rəsmi şəxs olaraq sosial şəbəkələrdə və mətbuatda Ermənistan ordusunun ağır məğlubiyyətlərini ört-basdır etmək üçün yalan dolu açıqlamaları ilə gündəmdə qalırdı. Ermənistan ictimaiyyəti sonradan onun cəfəngiyyat danışdığını bilərək, kəskin şəkildə qınadı. Bu qınağa dözməyən Ovannisyan məğlubiyyətdən sonra istefa verərək ABŞ-a getdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!