Ermənini nokauta salan boksçumuz finala yüksəldi 

saytların hazırlanması

Evə çatdırılma

Ermənini nokauta salan boksçumuz finala yüksəldi 

İdman

24 Avqust 2023 10:06 503


Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib. 

Azərbaycan Boks Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, Azərbaycan millisinin 2 idmançısı finala yüksəlib. 

Şahin Aslanov (52 kq) gürcüstanlı Snadro Kapanadzeni məğlub edib. O, 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Boksçumuz həlledici görüşdə Nikolay Nikolayevlə (Bolqarıstan) üz-üzə gələcək.  pizza sifarişi

Səftər Məmmədzadə (90 kq) isə yarımfinal döyüşünün taleyini ilk raundda həll edib. Təmsilçimiz ermənistanlı Aram Tumanyanı nokaut edərək tam üstünlüklə qələbə qazanıb. Məmmədzadə çempionluq üçün Yosip-Vladislav Kozakeviçlə qarşılaşacaq. 

Digər boksçularımızdan Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) Avropa birinciliyini bürünc medalla bitirib. Müvafiq olaraq, Aleksandr Savçiuç (Moldova) və Kiril Bonderenko ilə döyüşlərdə rəqib mərhələ adladığından yığma üzvləri 3-cü yeri tutublar. 

Qeyd edək ki, Avropa birinciliyində finallar avqustun 25-də keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!