“Erməninin də uşağı ölür, onlarla danışmalıyıq...” - Novella Cəfəroğlu

saytların hazırlanması

Evə çatdırılma

“Erməninin də uşağı ölür, onlarla danışmalıyıq...” - Novella Cəfəroğlu

Maraqlı

02 Mart 2023 12:38 1211


“Biz istəsək də, istəməsək də bu insanlar bizim torpaqlarda yaşayırlar və digər etnik azlıqlar kimi, onlar da bizim vətəndaşlarımızdır. Necə ki Prezident İlham Əliyev də onların bizim vətəndaşımız olduğunu deyir. Sözsüz ki, bu, belədir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

O, Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə Qarabağın erməni icması və Azərbaycan nümayəndələri arasında Xocalıda keçirilən görüşlərə münasibət bildirib. pizza sifarişi

“Mən çox sevinirəm ki, bu proses başlayıb. Başa düşməliyik ki, o tərəfdən də uşaqlar ölür, bu tərəfdən də. İstər erməni, istər ukraynalı, istər rus, istərsə də azərbaycanlı ana olsun, fərq etmir, uşaq uşaqdır. Bu adamın övladı ölür. Bu məsələ illərdir aktualdır. Nə qədər cavan qızlarımız da ərsiz qaldılar, genefondumuz nə qədər zərər gördü... Mən ən sadə nümunələri misal çəkirəm. Buna görə də onlarla danışmaq lazımdır”, – söyləyib.

Onun fikrincə, əgər onlar bizim torpaqlarda yaşamaq istəyirlərsə, bayrağımızı, Konstitusiyamızı və qanunlarımızı qəbul etməlidir:

“Bundan sonra biz də canla-başla onları vətəndaşımız kimi qəbul edərik. Necə ki ölkəmizdə ruslar, yəhudilər və s. millətlər var. Azərbaycanda yüzlərlə konfessiya mövcuddur. Qısası, biz digər millətlərin hamısını necə qəbul ediriksə, ermənilər də eləcə Azərbaycan vətəndaşı ola bilərlər”.

“Sözsüz ki, vətəndaş cəmiyyəti bu işdə aktiv iştirak etməlidir. Hətta neçə illərdir Xankəndi erməniləri ilə işləyən vətəndaş cəmiyyətlərimiz olub. Biri var rəsmi danışıqlar, biri də var ana ilə ana görüşür, yaxud gənclər arasında görüşlər olur. Sadalananların hamısı bu danışıqlarda çox vacibdir”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!