Ermənistanda jurnalistlərin parlamentdəki fəaliyyətinə ciddi məhdudiyyətlər tətbiq edilib.
Yenisabah.az erməni mətbuatına istinadən xəbər verir ki, jurnalistlər parlament binasının ətrafında sərbəst hərəkət edə, deputatların arxasınca gedə və onların ofislərinə yaxınlaşa bilmirlər. Xüsusilə “Vətəndaş Müqaviləsi” partiyasının millət vəkilləri, spiker Alyon Simonyan və vitse-spikerlərin ofislərinin yerləşdiyi binanın bir hissəsinə ciddi məhdudiyyətlər tətbiq edilib. Hətta Milli Məclisin köhnə binasını yenisi ilə birləşdirən dəhliz də bağlanıb.
Ermənistanın hüquq müdafiəçisi Arman Tatoyan isə Milli Məclisdə jurnalistlərin fəaliyyətinə qoyulan məhdudiyyətlər haqqında məlumatlar əsasında təcili araşdırma başladıb. Toyuqlu pizza
Ermənistan Ombudsman Aparatının yaydığı məlumata görə, araşdırma nəticələrinin dərhal dərc ediləcək.
Baş verənlərin fonunda bu gün erməni mətbuatı Ermənistan parlamentinin sessiyalarının ilk günlərində erməni jurnalistləri xoşagəlməz bir sürprizin gözlədiyini yazıb.
Telegram kanalımız