Ermənistana verilən qrantların sayı azaldı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistana verilən qrantların sayı azaldı

Rəsmi

15 Dekabr 2021 17:36 707


Ermənistanda qrantların sayı ilk 9 ayda kifayət qədər aşağı düşüb.

Yenisabah.az “Joxovurd” qəzetinə istinadla xəbər verir ki, 2021-ci ildə rəsmi qrantların icrası kifayət qədər aşağı (29,3%) olub.

Erməni nəşri əlavə edib: Sezar pizza

“Bu, xarici donorların verdiyi məqsədli qrantların (söhbət 10 milyard dramdan gedir) 64,0% aşağı olması ilə bağlıdır. Bununla yanaşı, 5 məqsədli proqram çərçivəsində nəzərdə tutulmuş 1,8 milyard dram məbləğində qrantlar tam, 13 proqram çərçivəsində nəzərdə tutulan vəsaitin isə qismən, 36,4%-i, yəni 4,7 milyard dramdan çoxu əldə edilməyib.

Qeyd edək ki, Ermənistan hökuməti Aİ-nin büdcəyə dəstək sazişində nəzərdə tutulan və Ermənistanda Covid-19-un qarşısının alınması tədbirlərinin həyata keçirilməsinə yönəldilməli olan 3,8 milyard dram məbləğində olan qrantları almayıb.

Rəsmi qrantların əhəmiyyətli dərəcədə aşağı icrası 3 ildən artıqdır ki, təkrarlanır. Buna səbəb Ermənistan hökumətinin qrantların alınması üçün lazımi ilkin şərtləri vaxtında yerinə yetirməməsidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!