Ermənistan 180 km² ərazini qaytaracaq: Əvəzində nə alacaq?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan 180 km² ərazini qaytaracaq: Əvəzində nə alacaq?

Siyasət

11 İyun 2025 09:17 6991


“Ermənistanın yaxın vaxtlarda Azərbaycana yeni güzəştlər edəcəyi ilə bağlı mötəbər məlumatlarımız var”.

Publika.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşrin əldə etdiyi məlumata görə, Bakı və İrəvan arasında sərhədin delimitasiya və demarkasiyası məsələləri ətrafında uzunmüddətli danışıqlar aparılıb. Marqarita pizza

“Tərəflər Ermənistan-Azərbaycan sərhədinin necə çəkiləcəyi ilə bağlı razılığa gəliblər. Bizim əlimizdə olan xəritələrə görə, Ermənistan tezliklə Azərbaycana 180 kvadratkilometr ərazi verəcək, əvəzində cəmi 25 kvadratkilometr ərazi alacaq. Mənbəmiz deyir ki, bu demarkasiya layihəsi hələ təsdiqlənməlidir, lakin demək olar ki, tam hazırdır. Əlimizdə xəritələr var, orada veriləcək ərazilər rəngli işarələrlə ayrılıb”, - nəşr iddia edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!