Ermənistan 2018-ci ildə Naxçıvan istiqamətində böyük bir ərazini itirdi - General etiraf etdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan 2018-ci ildə Naxçıvan istiqamətində böyük bir ərazini itirdi - General etiraf etdi

Hadisə

19 Noyabr 2020 20:44 1832


"Biz hələ 2018-ci ilin aprel - may aylarında Naxçıvan istiqamətində kifayət qədər böyük bir ərazini əldən verdik".

Yenisabah.az “Novosti Armeniya”ya istinadən bildirir ki, bunu noyabrın 19-da keçirdiyi mətbuat konfransında Ermənistan Müdafiə Nazirliyi Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi general-polkovnik Movses Akopyan deyib.

“Biz Zəngəkatun sahəsində güzəştə getdik, düşmən təxminən 6 km irəlilədi”, - o bildirib. Dördpendirli pizza

"Artak Davtyan o zaman komandir idi və bütün bunları gizlədirdi", - deyə Akopyan qeyd edib.

Xatırladaq ki, 2018-ci il may ayının sonunda Naxçıvanda Əlahiddə Ordunun Xüsusi təyinatlı qoşunları neytral zona boyunca irəliləyib və Şərur rayonunda Qızılqaya da daxil olmaqla, yeni yüksəklikləri azad edildiyi barədə mətbuatda xəbərlər yayılmışdı.

Nəticədə, 1992-ci ildən erməni ordusunun nəzarətində olan Günnüt kəndi düşmən atəşindən çıxarıldı. Bundan başqa, Azərbaycan Ordusu Yerevan-Qoris-Laçın yoluna nəzarət etmək imkanı əldə etdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!