Ermənistan 44 günlük müharibədə nə qədər itki verib? - Yeni satatistika

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan 44 günlük müharibədə nə qədər itki verib? - Yeni satatistika

Rəsmi

21 Mart 2022 16:15 710


2022-ci il martın 21-nə olan məlumata görə, Ermənistan tərəfdən Qarabağdakı 44 günlük müharibə zamanı ölən  hərbçilərin və mülki şəxslərin sayı 3822 nəfər təşkil edir.

Yenisabah.az xəbər verir ki, bu məlumatı bazar ertəsi Ermənistan İstintaq Komitəsi yayıb.

Qeyd olunur ki, 187 hərbçi və 21 mülki şəxs itkin düşmüş hesab olunur. Pepperoni pizza

Döyüş əməliyyatlarından sonra Azərbaycan tərəfinin qaytardığı əsirlərin sayı 150-yə çatıb.

Onların arasında həm hərbi qulluqçular, həm də mülki şəxslər var.

Sonuncu dəfə İstintaq Komitəsi itkilərlə bağlı məlumatı bu il yanvarın 19-da vermişdi.

Xatırladaq ki, 44 günlük müharibə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi davam edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!