Ermənistan Araz çayını çirkləndirməyə davam edir, İran susur

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Araz çayını çirkləndirməyə davam edir, İran susur

Siyasət

21 Yanvar 2025 01:35 234


Ermənistandakı mədənlərin tullantı sularının Araz çayına axıdılması davam edir.

Oxu.Az xəbər verir ki, bu barədə "Araz News" məlumat yayıb.

Məlumata görə, belə vəziyyət bölgənin ekologiyası və kənd təsərrüfatı üçün böyük həcmdə mənfi nəticələrə səbəb olur. Pepperoni pizza

Mütəxəssis araşdırmaları göstərir ki, çay yatağının çöküntülərində ağır metallar yığılıb və bu, regionda su ehtiyatları, eləcə də kənd təsərrüfatı torpaqlarını çirkləndirir.

Ekoloqların xəbərdarlıqlarına və Araz çayı sahil zolağı sakinlərinin etirazlarına baxmayaraq, İran rəsmiləri indiyədək bu məsələyə dair ciddi fikir bildirməyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!