Ermənistan aviaşirkəti Moldova ərazisində qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan aviaşirkəti Moldova ərazisində qadağan edildi

Dünya

19 Fevral 2025 22:15 172


"FlyOne Armenia" Moldova ərazisində qadağan olunmuş aviaşirkətlər siyahısına daxil edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə kp.ru məlumat verib.

Qeyd olunur ki, İnfrastruktur və Regional İnkişaf Nazirliyinin fevralın 19-dan qüvvəyə minmiş müvafiq əmrində dünya üzrə 130-dan çox aviaşirkətin siyahısı yer alıb. pizza hut

Nazirliyin əmri Avropa Komissiyasının reqlamentinin qəbulundan sonra verilib.

"FlyOne Armenia" İrəvan-Kişineu marşrutu üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. Belə ki, Rusiyaya və əks istiqamətdə uçuşlar Türkiyə və Azərbaycan üzərindən həyata keçiriləcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!