““Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi“ ifadəsi yanlışdır“ - Erkin Qədirli

saytların hazırlanması

Evə çatdırılma

““Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi“ ifadəsi yanlışdır“ - Erkin Qədirli

Siyasət

06 İyun 2020 15:22 2530


“Ermənistanla münaqişəmizə nə vaxtdan "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" deyilməyə başlandığı yadımda deyil. Yadımda olan odur ki, bu ifadəni eşitdiyim ilk andan ona qarşı olmuşam, yeri gələndə onun yanlış olduğunu söyləmişəm”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü, deputat Erkin Qədirli bildirib. Onun fikrincə, Ermənistan-Azəbaycan münaqişəsində Dağlıq Qarabağ tərəf kimi göstərilə bilməz. "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" ifadəsi yanlışdır, çünki:

1. Bizim üçün münaqişə tərəfi Ermənistandır, Dağlıq Qarabağ deyil; Sezar pizza

2. Yazıda olan tirenin və vergülün yaratdığı məna fərqi danışıqda itir, bununla da qavrayışı çətinləşdirir (dinləyənləri çaşdırır);

3. Hazırki inzibati-ərazi bölgüsündə "Dağlıq Qarabağ" vahidi yoxdur.

Biz bu münaqişəni aydın dilə gətirməli, onu "Ermənistan - Azərbaycan münaqişəsi" adlandırmalıyıq.

Tərcümələri də belə olmalıdır - "the conflict between Armenia and Azerbaijan", "конфликт между Арменией и Азербайджаном", və s. Niyə məhz belə? Çünki, məsələn, ingiliscə "Armenian-Azerbaijani conflict", ya da rusca "армяно-азербайджанский конфликт" ifadələri qeyri-müəyyən şəkildə ermənilərlə azərbaycanlıların münaqişəsi anlamına gəlir, münaqişənin dövlətlərarası olduğunu bildirmir”, - deyə o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!