Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etdi

Siyasət

22 Sentyabr 2020 20:07 1564


Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları istənilən an bərpa etməyə hazırdır.

Yenisabah.az Virtualaz.org-a istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.

O, sülh prosesinə alternativin olmadığını bildirib. Dördpendirli pizza

"Biz sülh yolu ilə nizamlanmaya sadiqik. Biz sülh prosesinin davam etdirilməsinə məhz bu məntiq çərçivəsində hazır olmuşuq və hazır olaraq qalırıq”, - deyə "Panorama"qəzeti nazirdən sitat gətirib.

Mnatsakanyan xatırladıb ki, Azərbaycan tərəfi ilə son görüş yanvarda keçirilib, amma buna baxmayaraq, Yerevanın sülh danışıqlarının davam etdirilməsi ilə bağlı qətiyyəti heç zaman azalmayıb.

"Biz bunu etməyə (Bakının nümayəndələri ilə görüşə hazırlaşmağa-red.) hazırıq. Hazırda məsləhətləşirik, həmsədrlərlə danışırıq, işləyirik", - deyə Mnatsakanyan vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!