Ermənistan azərbaycanlı əsirlərlə qeyri-insani rəftar edir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan azərbaycanlı əsirlərlə qeyri-insani rəftar edir

Hadisə

17 Dekabr 2020 12:07 838


“Vətən müharibəsi zamanı Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq birinci Qarabağ müharibəsində olduğu kimi, azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tuturdu, onlar haqqında vaxtında məlumat vermirdi, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmirdi”.

Yenisabah.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur. Toyuqlu pizza

“Artıq qeyd etdiyimiz kimi, 14 vətəndaşımız əsirlik və girovluqdan azad olunaraq Vətənə gətirilib. Əlbəttə ki, qanunvericiliklə müəyyən olunmuş prosedur qaydalara əsasən həmin şəxslərin sorğusu keçirilir, onların iştirakı ilə əhəmiyyət kəsb edən hallara dair ibtidai araşdırma hərəkətləri icra edilir, zəruri ekspertizalar aparılır. Bu tədbirlər yekunlaşdırıldıqdan sonra müvafiq qanuni qərarlar qəbul olunacaqdır”, - deyə E. Səmədov vurğulayıb. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!