Ermənistan Baş Nazirinin müavini Rusiyadan mülki təyyarədə silah gətirməyə çalışır   - ŞOK

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Baş Nazirinin müavini Rusiyadan mülki təyyarədə silah gətirməyə çalışır - ŞOK

Siyasət

02 Oktyabr 2020 19:50 1565


Ermənistan Baş Nazirinin müavini Mher Qriqoryan Moskvaya səfərə gedib.

Yenisabah.az bildirir ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, M. Qriqoryanın səfərinin rəsmən rusiyalı həmkarı Aleksey Overçukla görüş olduğu bildirilsə də, əslində o, başqa məqsədlə Rusiyaya gedib.

Ermənistana məxsus mülki təyyarə ilə Moskvaya gedən M. Qriqoryan bu təyyarəyə silah-sursat yükləyərək onu Gürcüstanın hava məkanı üzərindən Ermənistana gətirməyə çalışır. Dördpendirli pizza

Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının müəyyən etdiyi qaydalara və Beynəlxalq Mülki Aviasiya Konvensiyasına əsasən, mülki təyyarələrdə silah daşınması qanunla qadağandır. APA-nın Rusiya bürosu bununla bağlı Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinə sorğu ünvanlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!