“Ermənistan beynəlxalq humanitar hüququn prinsiplərini pozur” - Ombudsman

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan beynəlxalq humanitar hüququn prinsiplərini pozur” - Ombudsman

Hadisə

26 Oktyabr 2020 11:16 692


"Ermənistan Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir. Bu, tamamilə qəbuledilməzdir. Azərbaycan torpaqlarının işğalına son qoymaq, ordusunu Azərbaycandan çıxarmaq, beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları işə cəlb edir və beynəlxalq humanitar hüququn prinsiplərini pozur".

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər: Dominos pizza

"Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayan uşaqların hərbi əməliyyatlara cəlb olunması qadağandır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!