Ermənistan bir daha özünü gülünc vəziyyətə qoydu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan bir daha özünü gülünc vəziyyətə qoydu

Dünya

17 Sentyabr 2020 17:28 1657


Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına həsr edilən xüsusi sessiyası 10 iyul 2020-ci il tarixindən rəsmi olaraq öz işinə başlayıb.

Həmin müddətdən etibarən ilk olaraq xüsusi sessiyanın prosedur tipli məsələləri müzakirə olunub və artıq bəzi qərarlar qəbul edilib.

BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır (Türkiyə) 14 sentyabr 2020-ci il tarixində həmçinin xüsusi sessiyanın da prezidenti seçilib.  pizza hut

Mövcud təcrübəyə əsasən adətən sessiyaların sədrinin seçilməsinə dair prosedur xarakterli qərarlar hamılıqla, ümumi razılıq əsasında verilir. Lakin bütün mümkün vasitələrlə xüsusi sessiyaya, Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışan Ermənistan öz çirkin niyyətini bir daha ortaya qoyaraq V.Bozkırın xüsusi sessiyanın sədri seçilməsi məsələsini səsverməyə çıxarıb. 

Daha öncə Ermənistan V.Bozkırın BMT Baş Assambleyasının prezidenti seçilməsi məsələsini də səsverməyə çıxarmış və məğlub olmuşdu. İndi də Ermənistan növbəti dəfə  məğlubiyyətə uğrayıb. Nəticədə böyük səs çoxluğu ilə V.Bozkır xüsusi sessiyanın prezidenti vəzifəsinə seçilib. 

Hazırda Nyu-Yorkda xüsusi sessiyanın keçirilmə qaydaları və təşkilatı məsələlərinə dair qətnamə layihəsi ilə bağlı BMT üzv dövlətləri arasında qızğın müzakirələr davam edir. Qətnamə layihəsində xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrin ilkin olaraq 5-6 noyabr tarixində keçirilməsi qeyd olunub. Lakin yekun tarix dövlətlər arasında gedən müzakirələrin nəticəsindən asılı olacaq. 

Ermənistan bu məsələdə də öz çirkin siyasətini yürütməklə Azərbaycana qarşı çıxmaq və xüsusi sessiyanın çəkisini azaltmaq üçün qaydalara dair qətnamə layihəsindən “dövlət və hökumət başçıları səviyyəsində” ifadəsini çıxarmağa cəhd göstərir. 

Bütün dünya öz diqqətini pandemiya ilə mübarizəyə cəmləşdirdiyi halda, Ermənistan Azərbaycanın artıq BMT tərəfindən qəbul edilmiş təşəbbüsünə qarşı çıxmaqla məşğuldur. Əlbəttə beynəlxalq ictimaiyyət, BMT üzv dövlətləri də bunu yaxşı başa düşür. Bu yalnız istehza doğurur və nəticədə Ermənistan özünü növbəti dəfə çox gülünc bir vəziyyətə qoymuş olur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!