“Ermənistan bu gün qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır” -   Komitə sədri

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan bu gün qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır” - Komitə sədri

Siyasət

30 Oktyabr 2020 10:58 1478


"Ermənistan artıq bu gün öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “QORDON” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyəndə aydın oldu ki, heç bir danışıqlar getmir: Marqarita pizza

“O deyəndə ki, “Biz yeni ərazilər üçün müharibə edəcəyik”, bu, onu bildirir ki, onlar status-kvonun dəyişməməsi üçün hücuma hazırlaşır. Son 30 il ərzində ATƏT Minsk qrupu bir neçə həll variantı hazırlayıb, amma bunların heç biri Ermənistan tərəfindən qəbul edilməyib. Onlar bu gün işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır. Amma Ermənistan rəhbərliyinin dilindən aqressiv ritorika düşmür. Onlar deyir ki, guya geri çəkilsələr, Azərbaycan qoşunları Ermənistanı ələ keçirəcək. Bu, cəfəngiyyatdır! Bizə özgə torpaqlar lazım deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!