Ermənistan bu video ilə bağlı araşdırmaya başladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan bu video ilə bağlı araşdırmaya başladı

Hadisə

20 May 2021 15:46 1896


Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, erməni və azərbaycanlı əsgərləri görüntüləyən videonun təhqiqatı nəticəsində sosial şəbəkələrin Azərbaycandakı istifadəçiləri tərəfindən tirajlanan videodakı insidentin mayın 17-də Ermənistan-Azərbaycan sərhədinin şərq sektorunda baş verdiyi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, nazirlikdə bu video ilə bağlı “xidməti təhqiqata” başlanıb. Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, “insidentin bütün təfsilatının aşkar edilməsinə və müvafiq hüquqi nəticələrin tətbiqinə çalışılacaq”.

Bundan əvvəl Müdafiə Nazirliyi Geqarkunik vilayətində mayın 17-də Azərbaycan və Ermənistan hərbçiləri arasında “insidentin” baş verdiyini təsdiqləmişdi. Dördpendirli pizza

Nazirlik əlavə etmişdi ki, problem çevik bir şəkildə və ciddi nəticələri olmadan çözülüb. İnsidentin konkret nədən ibarət olması açıqlanmır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!