Ermənistan cəmiyyəti baş nazirə qarşı:   Paşinyan ölkənin zamini olmağa qadir deyil

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan cəmiyyəti baş nazirə qarşı: Paşinyan ölkənin zamini olmağa qadir deyil

Dünya

11 Dekabr 2020 09:49 644


Ermənistanın elm xadimləri, təhsil, mədəniyyət və incəsənət nümayəndələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə birgə bəyanat yayıblar.

Yenisabah.az erməni mediasına istinadla xəbər verir ki, bəyanata 60-dan çox elm, təhsil, mədəniyyət və incəsənət nümayəndəsi imza atıb. Onlar Ermənistanda yaranmış gərgin vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.

Ayrı-ayrı sahələrdə çalışan şəxslər ölkədəki gərgin vəziyyətə görə bütün məsuliyyətin Nikol Paşinyanın başçılıq etdiyi hakimiyyətin üzərinə düşdüyünü bildiriblər. Onlar qeyd ediblər ki, Paşinyan rejimi daha ölkənin və Ermənistan Respublikası Konstitusiyasının zamini olmağa qadir deyil. Toyuqlu pizza

Bəyanata imza atanlar arasında elmlər namizədi, elmlər doktoru, professor, dosent, müəllim, musiqiçi, aktyor, yazıçı, rejissor, müğənni, dirijor, jurnalist, əməkdar mədəniyyət xadimi, incəsənət xadimləri də var.b


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!