“Ermənistan cəmiyyətində Paşinyanın qorxaq obrazı yaranıb”   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan cəmiyyətində Paşinyanın qorxaq obrazı yaranıb” - Politoloq

Siyasət

19 İyun 2020 15:04 930


“Ermənistanda siyasi böhranın dərinləşməsi qaçılmazdır. Ölkədə demokratik cəmiyyət quracağı şüarı ilə hakimiyyətə gələn Nikol Paşinyana yolun sonu görünür. Artıq o, hakimiyyətdə qalmaq üçün "Olum, ya Ölüm" dilemması qarşısında mübarizə aparır. Eks-prezident Serj Sarkisyanın başçılığı altında "Qarabağ klanı”nın toparlanıb Nikol Paşinyana qarşı hücuma keçməsi mümkündür”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Nikol Paşinyanın istefasını tələb edən "Çiçəklənən Ermənistan" partiyasının sədri Q.Sarukyanın həbsi və deputat toxunulmazlığının ləğvi ölkədə siyasi böhranı dərinləşdirir:

“Parlamentdə "Sarukyan" fraksiyası Məclisdə iştirak etmir. Bu da parlamentin böhrana girməsinə gətirir. N.Paşinyan Q. Sarukyanı həbs etməklə çevriliş planın qarşısını alıb. Çünki siyasi lider olmasa da, ortada gəzən və Rusiyanın bu ölkədə maraqlarına uyğun olaraq siyasət sərgiləyən oliqarxdır. N.Paşinyan Sarukyanı zərərləşdirməklə Rusiyanın ona qarşı planlarını qarşısını almağa çalışır. İki həftə bundan əvvəl Putinin Paşinyana zəngi ilə R.Koçaryanı azad etsə də, Moskvanın stavka etdiyi “Çiçəklənən Ermənistan” partiyasına siyasi repressiya başladı. Paşinyan Köçəryanı azad etməklə Rusiyanın qaz qiymətlərində endirim etməsi və iqtisadi güzəştlər əldə etməsinə nail olmağa çalışır. Paşinyan gördü ki, iqtisadi vəziyyət ağırlaşır və Rusiyanın təzyiqləri durmadan artır. Bu da mövcud siyasi böhran hakimiyyətinə risk yaradır. Ona görə də buna getdi. Bununla Ermənistan cəmiyyətində Paşinyanın "qorxaq" obrazı yarandı”.  pizza mizza

Ekspert vurğulayıb ki, Koçaryanın Paşinyana qarşı yenidən siyasi mübarizəyə başlaması mümkündür:

“Göründüyü kimi, Rusiya tam hərəkətə keçərək R.Koçaryanı həbsdən azad etdi və siyasi böhranı tətiklədi. Forpost olaraq N.Paşinyanın ölkəsini Rusiyanın təsirindən çıxara bilməyəcəyi aydın görünür. Bu ölkədə siyasi zorakılıqlara rəğmən Qərbin susqunluğu, əsasən, Paşinyanın Rusiya bağlı qüvvələrə qarşı mübarizə apardığına görədir. Artıq Paşinyan üçün siyasi sabitlik gözlənilmir. O bütün resurslarını özünə qarşı qüvvələrə cəlb edəcək. Nəticədə iqtisadiyyatda islahatlar olmayacaq. Bu da ölkədə sosial vəziyyəti gərginləşməsinə gətirəcək. Bundan sonra Baş nazir N.Paşinyan daxildə özünə qarşı qüvvələrə mübarizə aparacaq. Nəticədə Qarabağ məsələsi onun üçün prioritet olmayacaq. Sadəcə bəyanatlar verməklə status-kvonu saxlamağa çalışacaq. Artıq o, öz hakimiyyətinə Qarabağ münaqişəsinin həllini təhlükəli görür. Məhz bu xüsusda Azərbaycanla aparılacaq danışıqlarda manipulyasiya ediləcək. Ermənistanda siyasi böhran Qarabağa məsələsində diplomatik müstəvidə danışıqları heçə endirəcəyi qaçılmazdı. Məhz buna görə Azərbaycan yalnız hərbi təzyiqlərə əl atmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!