“Mən 10 ilə yaxındır ki, parlamentdə müxalifət fəaliyyəti ilə məşğulam və indi də təbii ki, baş verənləri izləyirəm. Əslində, Baş nazirin son çıxışından sonra parlamentdəki müxalifət etiraf edir ki, Ermənistan çox çətin vəziyyətdədir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müxalif “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyan “Facebook” səhifəsində yazıb:
“Məlum olur ki, Baş nazir müxalifət fraksiyalarına gedən proseslərlə bağlı məlumatların müzakirəsi üçün qapalı iclas keçirməyi təklif edib, lakin müxalifət buna rədd cavabı verib. Daha sonra parlamentin müxalifət liderlərinin təmsil olunduğu Milli Şura ilə də analoji müzakirənin aparılması təklif olunub. Bu təklif də bildiyiniz kimi, rədd edildi. pizza
Bu kontekstdə bu gün mövzu ilə bağlı bütün müxalifətçilərin müsahibələrinə, çıxışlarına baxdım. Parlamentarilər Brüsseldə Əliyev-Paşinyan görüşündən əvvəl ilkin mənbədən tam məlumat almağa, Ermənistan qanunverici orqanının bir hissəsi kimi məsələyə öz töhfələrini verməyə və sonda Baş nazirlə niyə danışmağa razı olmadıqlarından başqa hər şeyi dedilər, hər cür bəhanə gətirdilər”.
E. Marukyan əlavə edib:
“Xarici siyasət cəbhəsində belə gərgin vəziyyətdə hər şeyi bir kənara qoymağa, oturub mövcud imkanları, həll yollarını müzakirə etməyə bizə nə mane olur? Üstəlik, elə bir vəziyyət olmayıb ki, mənim deputat fəaliyyətim zamanı, nə aprel döyüşlərindən əvvəl, nə də ondan sonra danışıqlar prosesinin gedişi barəsində hakimiyyət müxalifətlə kompromislərə getsin.
Amma indi bu çətin vəziyyətdə müxalifət istənilən səviyyədə məsuliyyəti öz üzərinə götürməkdən, mövcud problemlərin aradan qaldırılmasına müsbət töhfə verməkdən yayınır”
“Bu, heç bir halda ölkəmizin xarici çağırışlara müqavimətini artırmayan, köklü qeyri-sağlam atmosferin təzahürüdür.
Görünən odur ki, müxalifət danışıqlar prosesinin hansısa mərhələsini gözləyir ki, daha yaxşı variantları olduğunun fərqində olmadıqlarını, bildirmədiklərini bəyan etsinlər.
Bu arada, qanunverici orqanın bir hissəsi kimi, onların həmin funksiyaları yerinə yetirmək imkanı hələ də var”, - qeyd edib.
Telegram kanalımız