“Ermənistan Dağlıq Qarabağdakı müharibəni döyüş meydanında uduzur” - İrlandiyalı siyasi analitik

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan Dağlıq Qarabağdakı müharibəni döyüş meydanında uduzur” - İrlandiyalı siyasi analitik

Siyasət

05 Oktyabr 2020 22:15 1164


“Ermənistan Dağlıq Qarabağdakı müharibəni döyüş meydanında uduzur. Elə buna görə də Azərbaycanın mülki obyektlərini və əhalisini raket atəşinə tutur”.

Yenisabah.az xəbər verir ki, bunu APA-nın Böyük Britaniya bürosuna açıqlamasında irlandiyalı tarixçi, siyasi analitik Patrik Valsh deyib.

O bildirib ki, Ermənistan bununla Azərbaycanın onlara cavab verməsini və ağılsızcasına düşdükləri vəziyyətdən Rusiya tərəfindən xilas olunmaq istəyir. pizza hut

P. Valsh qeyd edib ki, Ermənistan Dağlıq Qarabağda üzləşdiyi məğlubiyyətdən xilas olmaq üçün müharibəni regional müstəviyə çəkməyə cəhd göstərir.

“Ermənilərin mülki şəxslərə qarşı hücumları beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalıdır”, - deyə siyasi analitik vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!