“Ermənistan danışıqlar aparsa, qapılar bağlı qalmayacaq“ - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan danışıqlar aparsa, qapılar bağlı qalmayacaq“ - Ərdoğan

Rəsmi

23 Fevral 2022 15:42 557


Ermənistan razılaşmaları davam etdirərsə, proseslər öz axarı ilə davam edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistərə açıqlamasında deyib.

“Ermənistan xüsusi nümayəndələrlə başlayan prosesi davam etdirməkdə qərarlı olsa, qapıları üzümüzə bağlı saxlamaqdan söhbət gedə bilməz. Dominos pizza

Biz münasibətləri gücləndirmək üçün aramızda birbaşa uçuşları bərpa etmək qərarına gəldik. Bu ayın əvvəlindən İstanbul və İrəvan arasında qeyri-müntəzəm reyslər açılıb. Biz Ermənistandan müsbət yanaşmanın davamını gözləyirik. Türkiyə ilə Ermənistan arasındakı problemləri "3+3" platforma yaradaraq aradan qaldıracağımızı söylədik. Biz bu platformanın açılmasının tərəfdarıyıq. Təbii ki, bütün bunlar boşluqda baş vermir.

Bu mənada Azərbaycan-Ermənistan münasibətləri və Türkiyə-Ermənistanın normallaşması prosesi bir-birini dəstəkləməklə inkişaf edə bilər. Eynilə, bizim regional əməkdaşlıq ideyamız da bu ikitərəfli prosesləri dəstəkləyəcək. Bu tarixi fürsətdən səmərəli istifadə etmək üçün hər kəs konstruktiv hərəkət etməlidir. Bütün bu prosesləri indiyə qədər etdiyimiz kimi, bundan sonra da Azərbaycanla sıx koordinasiyada həyata keçirəcəyik”, - deyə Ərdoğan çıxışında qeyd edib.\Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!