Ermənistan DİN-dən Kamil Zeynallı ilə bağlı növbəti açıqlama - “Həbs ediləcək”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan DİN-dən Kamil Zeynallı ilə bağlı növbəti açıqlama - “Həbs ediləcək”

Hadisə

22 Fevral 2024 18:51 18301


“Axtarışa verdiyimiz azərbaycanlı məşqçi Kamil Zeynallının tapılması ilə bağlı Rusiya tərəfindən rəsmi məktub almışıq”.

Yenisabah.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.

O deyib ki, Kamil Zeynallı Ermənistan tərəfindən dövlətlərarası axtarışdadır. Onun barəsində həbs qətimkan tədbiri ilə bağlı qərar dəyişməyib: Toyuqlu pizza

“Fevralın 21-də günorta saatlarında Rusiya Federasiyasından rəsmi məktub daxil olub və orada Kamil Zeynallının axtarışı ilə bağlı faktın təsdiqlənməsi xahiş olunub. Cavab olaraq həmin şəxsin dövlətlərarası axtarışda olduğunu dərhal təsdiqlədik”.

O daha sonra bildirib ki, axtarışda olan şəxsin azadlığa buraxılması ilə bağlı məlumatın yayılmasına baxmayaraq, Ermənistan Daxili İşlər Nazirliyi ekstradisiya protokolunda nəzərdə tutulmuş sənədlər paketi hazırlayıb:

“Bu sənədlər Rusiya hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Biz zəruri ekstradisiya tədbirlərinin təşkili ilə məşğuluq”, - Sarkisyan bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şebnem
    İndi kamilden yapışıblar????????????????????
    2 years ago