"Bu gün Qarabağ ermənilərinin taleyini fövqəlgüclər həll edir".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu aprelin 15-də keçirilən müzakirələr zamanı politoloq Arqişti Kiviryan deyib.
“Bu gün "Artsax" ermənilərinin taleyi İrəvanda həll olunmur, onu fövqəlgüclər həll edir", - deyən politoloqun sözlərinə görə, bu regionda və dünyada baş verən proseslərlə bir-birinə bağlıdır. pizza mizza
Kiviryan əminliklə bildirib ki, Ukrayna böhranı Ermənistana, Qarabağa və ümumilikdə ermənilərə öz təsirini göstərib və göstərəcək:
“Bu fonda erməni dövlətçiliyi böhranla üzləşib. Böhranın dərinləşməsi proseslər qarşısında müdafiəsiz olduğumuzu göstərir. Biz subyektdən obyektə çevrilmişik və böhrandan çıxmadan geriyə yol yoxdur. 2018-ci ildən sonra baş verənlər əvvəllər onsuz da xəstə olan Ermənistan dövlətçiliyinin ölümünü sürətləndirib. Mövcud vəziyyətə əsasən, Ermənistan Respublikasının hazırkı hakimiyyəti məsuliyyət daşıyır. Nə qədər ki, onlar ölkənin başındadırlar, böhrana çarə tapmaq mümkün deyil”.
Telegram kanalımız