“Ermənistan fosfor silahlarının istifadəsində geniş praktikaya malikdir” - Hikmət Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan fosfor silahlarının istifadəsində geniş praktikaya malikdir” - Hikmət Hacıyev

Siyasət

02 Noyabr 2020 23:26 1184


Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni hərbçilərinn fosfor silahından istifadəsi ilə bağlı “Twitter”də paylaşım edib.

Yenisabah.az xəbər verir ki, Prezidentin köməkçisi “Ermənistan fosfor silahlarının istifadəsində geniş praktikaya malikdir. 2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atmışdı. ATƏT nümayəndələrini - hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirildi”, - deyə məsələyə münasibət bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!