Ermənistan hakimiyyəti əsgər ailələrini belə aldadır:   “Övladlarınız İrana keçib“

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan hakimiyyəti əsgər ailələrini belə aldadır: “Övladlarınız İrana keçib“

Dünya

18 Noyabr 2020 14:33 1001


Ermənistanın Müdafiə Nazirliyi İran İslam Respublikası ərazisində olan hərbçilərinin sayını bilmir.

Yenisabah.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib.

Məlumata görə, Azərbaycanın əvvəllər işğal altında olan ərazilərində Ermənistan ordusunun hərbçiləri və əsgərləri xidmət edib. 44 günlük döyüşlərdə onların bir qismi itkin düşüb. Həmin əsgərlərin valideynləri övladlarının İran ərazisinə keçdiyini ehtimal edirlər. Marqarita pizza

Nazirliyin nümayəndəsi bildirib ki, məsələnin araşdırılması üçün İrana müraciət ediblər. Ancaq İslam Respublikası ərazisinə erməni hərbçilərinin keçməsi barədə yayılan məlumatları təsdiqləməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!