Ermənistan Hindistanla yeni müdafiə sazişləri bağlamaq imkanını nəzərdən keçirir.
Yenisabah.az xəbər verir ki, bu barədə Hindistanın “ThePrint” internet qəzeti məlumat yayıb.
Ermənistan “Akaş” zenit-raket kompleksləri ilə yanaşı, Hindistandan PUA və digər döyüş sursatları da almaq imkanını nəzərdən keçirir. Pepperoni pizza
Oktyabrın 18-də Qandinaqarda DEFEXPO 2022 çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan və onun həmkarı, Hindistanın müdafiə naziri Şri Racnat Sinqh arasında keçirilən ikitərəfli görüşdə əsas diqqət müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəldilib.
Görüş iki ölkə arasında Hindistandan “Pinaka” reaktiv yaylım atəş sistemləri, tank əleyhinə “Konkurs” raket sistemləri, 80 millimetrlik minaatan və digər silahların alınmasına dair hökumətlərarası saziş imzaladıqdan bir neçə həftə sonra keçirilir.
Hindistan hökuməti mənbələri erməni nazirlə görüşdə baş verənlərlə bağlı susur, lakin deyirlər: “Əsas diqqət müdafiə sahəsində əməkdaşlıq olub”.
Onlayn qəzet mənbələrinin məlumatına görə, Hindistan hökuməti Türkiyə və Pakistanın dəstəklədiyi Azərbaycanla gərginliyə görə Ermənistanla müdafiə sahəsində əməkdaşlığın tərəfdarıdır.
Mənbələrin "ThePrint"-ə verdiyi məlumata görə, Ermənistan xüsusilə yerli “Akaş” zenit-raket komplekslərinin alınması imkanını nəzərdən keçirir. “Ermənistan Hindistanda fəaliyyət göstərən “Tata Advanced Systems Limited” (TASL) və Solar Industries özəl şirkətləri tərəfindən hazırlanmış kamikadze dronları (loitering sursatları) almaq imkanını da nəzərdən keçirir”, – internet nəşr yazır.
“The Print” yazır ki, çoxları Azərbaycanı Türkiyə və Pakistanın formalaşdırdığı oxun bir hissəsi kimi görür. Azərbaycan Ermənistana qarşı müharibə aparmaq üçün Türkiyənin PUA-larından istifadə edib və Pakistanla "JF-17" qırıcıları almaq üçün danışıqlar aparır.
Telegram kanalımız