Ermənistan hərbçilərinin boş qalmış dəbilqələri -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan hərbçilərinin boş qalmış dəbilqələri - Foto

Hadisə

17 Noyabr 2020 11:09 2836


“France-Presse” agentliyi (AFP) Dağlıq Qarabağ barədə reportajında maraqlı faktlar aşkarlayıb.

Yenisabah.az-ın məlumatına görə, agentliyin təqdim etdiyi reportajda erməni hərbçilərinin boş qalmış dəbilqələri ilə bağlı foto diqqətçəkən əsas məqamdır. Məqalədə agentliyin təqdim etdiyi şəkillərdən birində erməni hərbçilərinin yüzlərlə boş qalmış dəbilqələri əks olunub.

Şəkil Ermənistan ordusunun saysız-hesabsız itki verməsini açıq-aşkar göstərir. Azərbaycan silahlı qüvvələrinin məhv etdiyi yüzlərlə erməni hərbçilərinin dəbilqələri səngərlərdə qalaqlanıb. (Trend) pizza sifarişi

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi zamanı 2400 erməni hərbçisinin ordumuz tərəfindən məhv edildiyini etiraf etsə də, bu rəqəm dəfələrlə azaldılıb. Erməni mediası hərbi əməliyyatlarda 5 mindən artıq erməni hərbçinin məhv edildiyini, daha 5 min hərbçinin taleyi barədə hələ də məlumat olmadığını yazır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!