“Ermənistan hərbi əməliyyatlara uşaqları cəlb edir” -   Hankuk Universitetinin professoru

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan hərbi əməliyyatlara uşaqları cəlb edir” - Hankuk Universitetinin professoru

Hadisə

15 Oktyabr 2020 09:42 1321


Ermənistan hakimiyyətinin uşaqları hərbi əməliyyatlara cəlb etməsi öz xalqına qarşı cinayətdir.

Yenisabah.az xəbər verir ki, bunu Cənubi Koreyanın Hankuk Universitetinin professoru Rəşid İbrahimov deyib.

O bildirib ki, hərbi əməliyyatlara uşaqları cəlb edən hökumət öz siyasi hədəfləri uğrunda hər cür qurban verməyə hazırdır: pizza mizza

“Onsuz da aydındır ki, Ermənistan rəhbərliyi öz xalqının gələcəyini fikirləşmir. Əgər rəsmi xronikaya nəzər salsaq görərik ki, döyüşlərdə əsasən 1999-2001-ci il təvəllüdlü gənclər ölür. Burada daha bir məqam var. Gənclər arasında itkilər çoxalanda, erməni təbliğatı bütün dünyaya səs-küy salacaq ki, Azərbaycan dinc əhalini, o cümlədən uşaq və yeniyetmələri məhv edir. Şübhə etmirəm ki, bu uşaqların şəkilləri gələcəkdə təbliğat məqsədilə dünya KİV-lərində yer alacaq. Yəni, Ermənistan hakimiyyətinin hədəfi Azərbaycanı dünyanın gözündə ləkələməkdir”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!