Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” haubitsaları alır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” haubitsaları alır

Maraqlı

08 Mart 2023 17:26 601


Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” (Multi-terrain Artillery Gun) haubitsaları sifariş verib. 

APA-nın xəbərinə görə, bu barədə Hindistanın “Idrw” portalı məlumat yayıb.

Qeyd edilib ki, keçən il Hindistana səfər edən Ermənistan nümayəndə heyəti “Kalyani Strategic Systems Limited” şirkətinin 155 mm-lik “MArG” haubitsalarının sınağını keçirib.  pizza

Ermənistan nümayəndə heyəti Azərbaycanla münaqişə şəraitində yüksək dağlıq ərazidə istifadə üçün haubitsalar axtarıb və şirkət 8 ay ərzində hazırlanan özüyeriyən haubitsaları Ermənistana təklif edib. Sınaqlar 40 gün davam edib və erməni hərbçilərin kriteriyalarına cavab verib. 

Qeyd edək ki, keçən ilin noyabrında Hindistan mətbuatı Dehlinin Ermənistana 155 mm-lik ATAGS daşınan haubitsaları təklif etdiyini yazmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!