Ermənistan hökuməti ABŞ-a təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan hökuməti ABŞ-a təşəkkür etdi

Dünya

13 İyun 2021 08:16 1112


Bu gün 15 erməni hərbi əsiri vətənə dönüb. Proses ABŞ və Gürcüstan səlahiyyətlilərinin vasitəçiliyi ilə keçirilib, bunun üçün Ermənistan Respublikasının hökuməti Amerika Birləşmiş Ştatları Prezidentinin Administrasiyasına və Gürcüstan hökumətinə təşəkkür edir.

Virtualaz.org bildirir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorgyan Facebook səhifəsində yazıb.

O, həmçinin qeyd edib ki, bütün erməni hərbçilərinin geri qaytarılması Ermənistan hökuməti üçün prioritet əhəmiyyət daşıyır. Dominos pizza

"Biz Ermənistan tərəfinin, bütün beynəlxalq tərəfdaşların köməyi ilə, humanitar prosesi davam etdirməyə və konstruktiv addımların atılmasına sadiqliyini təsdiq edirik", - deyə M.Gevorgyan vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!