Ermənistan hökuməti Kərki kəndini ərazi klasterindən   ÇIXARDI

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan hökuməti Kərki kəndini ərazi klasterindən ÇIXARDI

Rəsmi

09 Sentyabr 2021 23:11 7446


Ermənistan hökuməti dünən keçirilən iclasında kənd icmalarının birləşdirilməsi proqramını qəbul edib.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın işğal altındakı Kərki kəndi təsdiqlənmiş ərazi klasterlərindən heç birinin tərkibinə daxil olunmayıb.

Kərkini əhatə edən kənd icmalarının hamısı Ararat vilayətinin eyniadlı klasterinə daxil edilib. pizza hut

Belə ki, Ararat şəhəri, Ararat, Arazdəyən, Avşar, Armaş, Zanqakatun, Lancar, Noyakert, Paruyr Sevak, Surevanav, Vardaşat və Urçalanc kəndləri vahid icmada birləşəcək.

Erməni mediası bu yaşayış məntəqələrinin əhatəsində yerləşən Kərki kəndinin klasterə salınmamasını onun yaxın zamanlarda Azərbaycana qaytarılması ilə bağlı yayılan xəbərlərin təsdiqi kimi qəbul edir./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!