Ermənistan hökuməti erməni xalqını sülh dövrünə hazırlamaq qərarına gəlib, bu missiya güc strukturlarının üzərinə düşür.
Yenisabah.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, bu barədə qəzetə yüksək rütbəli polis məmurlarından biri məlumat verib.
Bu yaxınlarda polis idarəsində geniş toplantı təşkil olunub və rəhbərlik onlara göstəriş verib ki, kənd və qəsəbələrdə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, Paşinyanın kursuna problem yarada biləcək fəalları müəyyən etsinlər. Məsələn, Azərbaycanla sülh sazişi imzaladıqdan sonra kimlərsə etiraz edəcəksə, həmin adamlar indidən müəyyənləşdirilməlidir. pizza hut
Polisə belə insanlarla “işləmək” tapşırılıb, təbii ki, polis üsulları ilə. Bildirilir ki, sülhün vacibliyini insanlara izah etmək və bu prosesə mane olmamalı olduqlarını izah etmək tapşırılıb. “Kim başa düşmürsə, daha çox başa düşülən “metodlarla” izah edin”, - deyə məlumatda bildirilib.
Cavad Salmanli
Telegram kanalımız