Ermənistan hökumətində korrupsiya: Müstəqilliyin “Domino“ effekti

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan hökumətində korrupsiya: Müstəqilliyin “Domino“ effekti

Rəsmi

10 Sentyabr 2021 10:02 638


Ermənistanın Müstəqillik Gününü qeyd etmək üçün dövlət büdcəsindən 1 milyard dram (2 milyon dollar) ayrılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Erməni nəşri qeyd edir: Dominos pizza

"2 milyon dollara başa gələcək bayram üçün müsabiqə elan edilməyib.

Hökumət alışı təcili olaraq rəsmiləşdiribi və bir mənbənin, yəni rəqabət olmadan həyata keçirəcək.

Bu yeganə mənbə Nikol Paşinyanın baş nazirliyi dövründə böyük sifarişlər alan hökumətin "ərköyün uşağı"  "Domino Production"dır.

Şirkətin sahibi Aşot Arakelyan Baş nazirin müşaviri Arayik Arutyunyanın ilə sıx dostluq əlaqələrindədir. Arakelyana yeni hökumət dövründə "keçid"i təmin edən Arayik Arutyunyandır".

"Hraparak" müqayisə üçün qeyd edir ki, 2018-ci ildə Ermənistanın müstəqilliyinin 27-ci ildönümünü qeyd etmək üçün dövlət büdcəsindən cəmi 84 milyon 775 min dram xərclənib. Təxminən eyni məbləğ - 100 milyon dram - müstəqilliyin elan edilməsinin 25 və 26-cı ildönümü münasibətilə bayram tədbirlərinin hazırlanmasına ayrılıb.

Xatırladaq ki, sentyabrın 9-da Nikol Paşinyan hökumətin iclasında Ermənistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə "rəngarəng tədbirlər" keçiriləcəyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!