Ermənistan ikinci Qarabağ müharibəsində itkilərinin son sayını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ikinci Qarabağ müharibəsində itkilərinin son sayını açıqladı

Rəsmi

22 Mart 2022 09:36 639


Ermənistanın İstintaq Komitəsi 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşən hərbçilər haqqında yenilənmiş məlumatını təqdim edib. Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Komitənin ən son məlumatına görə, müharibə nəticəsində həlak olanların sayı 3 min 822 nəfərdir. İstintaq Komitəsi müharibə zamanı daha 187 hərbçinin itkin düşdüyünü bildirib. Ermənistanın ictimai qurumları və müxalifəti bu rəqəmin həqiqəti əks etdirmədiyini, ölənlərin sayının açıqlanan göstəricidən çox olduğunu iddia edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!