“Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir”  - Türkiyənin Kanadadakı səfiri

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir” - Türkiyənin Kanadadakı səfiri

Siyasət

07 Oktyabr 2020 14:18 755


Türkiyənin Ottavadakı səfiri Kərim Uras Kanadanın CBC kanalının “Power&Politics” verilişində Ermənistanın Azərbaycan torpaqlarını işğalı barədə danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

K.Uras qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bir milyondan çox azərbaycanlı öz ölkəsində köçkün həyatı yaşayır. Marqarita pizza

Türkiyəli səfir Ermənistanın Azərbaycana hücum edərək səhv addım atdığını və Azərbaycan tərəfinin beynəlxalq birliyin tanıdığı ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə apardığını vurğulayıb. O, bildirib ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də qeyd olunur.

K.Uras bildirib ki, Azərbaycan tərəfində suriyalıların döyüşdüyünə dair iddialar həqiqəti əks etdirmir, əslində Ermənistan döyüşlərdə terror təşkilatı PKK/PYD üzvlərindən istifadə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!