Ermənistanda son gündə koronavirusa 559 yeni yoluxma qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən Ermənistanda 236.234 nəfər koronavirusa yoluxub. Hazırda 6.923 nəfər müalicə olunur, 223.443 nəfər sağalıb, son gündə 11 nəfər olmaqla, 4.727 xəstə ölüb. pizza hut
Daha 2 koronaviruslu xəstə digər xəstəliklər ucbatından vəfat edib.
Belə halların ümumi sayı 1141-dir.
Bununla da ölənlərin ümumi sayı 5868-ə çatıb.
Telegram kanalımız