Ermənistanın müraciəti əsasında hazırda KTMT-də Daimi Şura iclası keçirir.
Yenisabah.az “Armenpress” istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Məclisdə çıxışı zamanı məlumat yayıb.
“Biz KTMT-yə müraciət etmək qərarına gəldik. Həmin müraciətlə bağlı hazırda KTMT Daimi Şurasının iclası keçirilir. Biz artıq 1997-ci ilin dostluq və qarşılıqlı yardım müqaviləsi əsasında Rusiyaya müraciət etmişik. Həmçinin, BMT Təhlükəsizlik Şurasına müraciət etmək qərarına gəlmişik. Vəziyyət təcili olaraq müzakirə olunmalıdır”, - deyə Paşinyan vurğulayıb. Dominos pizza
Telegram kanalımız