“Ermənistan Laçın dəhlizi vasitəsilə bölgəyə hərbçilər göndərir” - XİN

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan Laçın dəhlizi vasitəsilə bölgəyə hərbçilər göndərir” - XİN

Rəsmi

28 Mart 2022 19:40 460


“Məhz Ermənistan post münaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir açıqlamasında gündəmə gətirir”.

Yenisabah.az xəbər verir ki, bu barədə XİN-in yaydığı açıqlamada deyilir.

“Məhz Ermənistan, üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Ermənistan, bəyanatın 6-cı maddəsini pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt, beynəlxalq media tərəfindən də öz təsdiqini tapıb”, - nazirlikdən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!