“Ermənistan Livandakı terrorçuları Dağlıq Qarabağa gətirmək istəyir”   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan Livandakı terrorçuları Dağlıq Qarabağa gətirmək istəyir” - Deputat

Siyasət

12 Sentyabr 2020 13:22 1080


“Ermənistanın Livanda yaşayan erməni ailələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməkdə bir neçə məqsədi var. Əlbəttə ki, başlıca məqsəd Azərbaycanı təxribata çəkməkdir”.

Bu sözləri Yenisabah.az-a Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, Ermənistan həm də bu addımı ilə beynəlxalq hüquq normalarını kobud surətdə pozur. “Faktiki olaraq Ermənistan yenə də dünyaya meydan oxuyur”, - deyə DİP sədri bildirib. Toyuqlu pizza

Asim Mollazadə həmçinin diqqəti ermənilərin könüllü hərbi dəstələr yaratmasına çəkib: “90-cı illərin əvvələrində olduğu kimi Ermənistan yenidən könüllü hərbi dəstələr yaradır və bura Orta Şərqdəki erməni terrorçu qruplarını cəlb edir. Livanda “erməni polisi” adlandırılan qrup var ki, “Hizbullah” təşkilatı birgə xristianlara və yəhudilərə qarşı vuruşublar. İndi onları işğal olunmuş ərazilərimizə gətirmək istəyirlər”.

Deputat qeyd edib ki, bu məsələ beynəlxalq təşkilatların da diqqətinə çatdırılıb: “Avropa Şurasının komitə toplantılarında çıxışlarımız olub. Şəxsən mən çıxşı edərək ermənilərin vəziyyəti gərginləşdirdiklərini, özü də bu dəfə coğrafiyanı genişləndirərək Orta Şərqi də prosesə cəlb etmək istədiklərini bildirmişəm. Məlumat üçün deyim ki, 500 erməni hərbçisi Rusiya qoşunlarının tərkibində Suriyada savaşa cəlb olunub. Burada da məqsəd gələcəkdə Suriyadan da istifadə olunmasıdır. Ermənistanın Tovuz istiqamətindəki təxribatı isə Rusiyanı münaqişəyə cəlb etmək niyyətilə həyata keçirlmişdi. Beləliklə, aydın olur ki, Ermənistan özünün məkrli, eyni zamanda təcavüzkar siyasətindən əl çəkmək niyyətində deyil. Beynəlxalq aləmin baş verənlərə laqeyd yanaşması onları daha da aqressivləşidirir və biz hər zaman növbəti təxribatlara hazır olmalıyıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!