Müxalifət deputatlarının təşəbbüsü ilə keçirilməsi planlaşdırılan iclas baş tutmayıb.
Yenisabah.az "Tert"ə istinadla xəbər verir ki, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri, eləcə də Qarabağın Azərbaycanın tərkibində olmaması ilə bağlı məsələlərin müzakirəsi üçün müxalifətin təşəbbüsü ilə keçirilən Milli Məclisin iclası yetərsay olmadığı üçün baş tutmayıb.
Nəşrin məlumatına görə, hakim “Vətəndaş müqaviləsi” fraksiyası əvvəllər də elan etdiyi kimi, iclasa gəlməyib: Sezar pizza
"33 deputat qeydiyyatdan keçib. Milli Məclis spikeri Alen Simonyan iştirakçılara bildirib ki, qeydiyyat lazımi sayda deputat qeydə alınana qədər davam edəcək, lakin bu proses 4 saatdan çox çəkə bilməz".
Telegram kanalımız