“Ermənistan mediasında “qaydasız döyüş“ gedir” – Komissiyanın rəyi

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan mediasında “qaydasız döyüş“ gedir” – Komissiyanın rəyi

Dünya

31 May 2021 15:29 930


“Ermənistan mediasında qeyri-sağlam mühit hakimdir”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Televiziya və Radio Milli Komissiyasının (TRMK) mətbuat xidməti məlumat yayıb.

“20 iyunda keçiriləcək erkən parlament seçkiləri ərəfəsində mediada qarşılıqlı təhqir, dezinformasiya, manipulyasiya və təcavüzlə dolu, sağlam olmayan bir atmosfer hökm sürür”, – deyə TRMK-nin bəyanatında bildirilir. Marqarita pizza

Həmçinin, ayrıca qeyd olunur: “Media sahəsi “qaydalarsız döyüş” arenasına çevrilib, bu məkan prioritet proqramların, fikirlərin və konsepsiyaların sərbəst təqdim olunması üçün bir platforma deyil, nəyin bahasına olursa-olsun qalib gəlmək, düşməni məhv etmək vəsvəsəsi hakimdir”.

Komissiya medianın fəaliyyətini yeni ayrılma xətləri yaratmağa deyil, ictimai həmrəyliyin formalaşmasına təşviq etməyə çağırıb.

Bəyanatda deyilir: “TRMK medianı seçkilərdə iştirak edən partiyalar və partiyalar ittifaqları üçün bərabər şərtləri təmin edəcək tələbləri yerinə yetirməyə, bəyəndikləri və bəyənmədiklərini rəhbər tutmamağa çağırır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!