Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq?   - Nazir Dumanyandan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq? - Nazir Dumanyandan açıqlama

Rəsmi

23 Fevral 2022 16:16 1233


"Hazırda məktəb proqramlarında Azərbaycan dilinin tədrisi proqramı yoxdur".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu yanvarın 23-də jurnalistlərə müsahibəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan bildirib.

“Biz həqiqətən də bəzi məktəblərdə gürcü dilinin öyrənilməsini tətbiq etmək istəyirik. Bu, sadəcə olaraq, regional mədəniyyət və dilləri tanımaq prosesidir. Niyə azərbaycan dilinə aludəsiniz? Mən başa düşmürəm”, - deyə nazir vurğulayıb. pizza

Qeyd edək ki, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi “Ermənistan Respublikasında 2030-cu ilə qədər təhsilin inkişafı üzrə Dövlət Proqramı”nı ictimai müzakirəyə təqdim edib.

“Təhsil standartlarının və kurikulumların təkmilləşdirilməsi” bölməsində Ermənistan məktəblərində “qonşu ölkələrin dilləri”nin (fars, türk, gürcü, Azərbaycan) tədris ediləcəyi qeyd edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!