Ermənistan millisi Onlayn şahmat üzrə Olimpiadada skandal yaradıb yarışdan qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan millisi Onlayn şahmat üzrə Olimpiadada skandal yaradıb yarışdan qovuldu

İdman

28 Avqust 2020 21:20 1416


Ermənistan təmsilçiləri Onlayn şahmat üzrə Olimpiadada skandal yaradıblar və Azərbaycanla oynamayacaqlar.

Yenisabah.az xəbər verir ki, hazırda turnirin 1/4 final mərhələsi çərçivəsində davam edən oyunda Azərbaycan millisi Polşa ilə qarşılaşır.

Mümkün qələbə sayəsində millimiz Hindistan – Ermənistan cütünün qalibi ilə qarşılaşmalı idi. Ancaq sözügedən mübarizə skandalla yekunlaşıb. Toyuqlu pizza

Oyunun gedişatında erməni şahmatçılardan birinin interneti kəsilib və yekunda Ermənistan 2.5:3.5 hesabı ilə uduzub. Ermənistan tərəfi qarşılaşmanın yenidən keçirilməsini tələb etsə də, FİDE buna etiraz edib.

Etirazların davamında Ermənistan millisi yarışdan uaqlaşdırılıb və onlara 0:6 hesablı texniki məğlubiyyət verilib.

Beləliklə, əgər bu gün Azərbaycan millisi Polşaya qalib gəlsə, sabah yarımfinalda Hindistanla üz-üzə gələcək.  /Sputnik


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!